Kosta-Rikada avtobus dərəyə aşıb, 11 nəfər ölüb

Kosta-Rikada avtobus dərəyə aşıb, 11 nəfər ölüb
23:27 20 Oktyabr 2016
29 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Kosta-Rikada avtobusun dərəyə aşması nəticəsində ən azı 11 nəfər ölüb, 16 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə yerli "Diario Extra" qəzeti yazıb.
Təqaüdçüləri daşıyan ekskursiya avtobusu Alaxuela şəhəri ərazisində yoldan çıxaraq 25 metr hündürlükdən yarğana düşüb. Sərnişinlər arasında əcnəbi vətəndaş olmayıb. Zərərçəkənlər yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Onlardan dördünün vəziyyəti ağırdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR