Kosta-Rikada avtobus dərəyə aşdı: 11 ölü

Kosta-Rikada avtobus dərəyə aşdı: 11 ölü
23:32 20 Oktyabr 2016
18 Dünya
Ölkə mətbuatı
A- A+

Kosta-Rikada avtobusun dərəyə aşması nəticəsində ən azı 11 nəfər ölüb, 16 nəfər yaralanıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə yerli "Diario Extra" qəzeti yazıb.
Təqaüdçüləri daşıyan ekskursiya avtobusu Alaxuela şəhəri ərazisində yoldan çıxaraq 25 metr hündürlükdən yarğana düşüb. Sərnişinlər arasında əcnəbi vətəndaş olmayıb. Zərərçəkənlər yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Onlardan dördünün vəziyyəti ağırdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/481591.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR