Kosta-Rikada ağır yol qəzası baş verib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, qəza nəticəsində ən azı 11 nəfər ölüb, 16 nəfər xəsarət alıb.

Məlumata görə, avtobus 25 metr hündürlükdən dərəyə aşıb.

Yaralananlar xəstəxanalara yerləşdiriliblər.

Milli.Az