Rusiya-Türkiyə münasibətləri: qlobal ziddiyyətlər fonunda yeni tarixi imkan

Rusiya-Türkiyə münasibətləri: qlobal ziddiyyətlər fonunda yeni tarixi imkan
15:32 21 Oktyabr 2016
58 Dünya
Ölkə mətbuatı
A- A+

Ekspertlər Moskva ilə Ankara arasında müşahidə edilən yaxınlaşma prosesinə getdikcə daha çox maraq göstərirlər. İki böyük dövlət arasında tarixdə hansı hadisələrin baş verdiyi məlumdur. İndi isə hesab olunur ki, bu aspektdə müsbətə doğru ciddi dəyişikliklər ola bilər.

Milli.Az newtimes.az-a istinadən bildirir ki, onun bir sıra əlamətləri ilə bağlı fikirlər səslənir. O cümlədən Ankara ilə Moskva enerji, turizm, ticarət, tikinti, mədəniyyət və başqa sferalarda əlaqələrini gücləndirmək haqqında razılığa gəliblər. Ekspert və analitiklər bu prosesin hansı səviyyəyə qədər dərinləşə biləcəyi ilə bağlı təhlillər aparır, proqnozlar verirlər. Müxtəlif variantlar nəzərdən keçirilir. Reallıqda vəziyyət xeyli dərəcədə mürəkkəbdir, risk faktorları mövcuddur. Lakin meydana gələn yeni imkanları da arxa plana atmaq olmaz.

Əməkdaşlığa ehtiyac: tərəflərin dərk etdiyi məqam

Son zamanlar Rusiya-Türkiyə münasibətlərinə ekspertlərin və siyasətçilərin marağı daha da artıb. Faktiki olaraq Qərb dövlətləri ilə qarşıdurma vəziyyətində olan Moskva üçün Ankara ilə əlaqələr çox aktualdır. Türkiyənin də başda Amerika olmaqla Aİ-nin böyük dövlətləri ilə münasibətlərində çatlar meydana gəlib. Bunun müxtəlif səbəbləri var. Ancaq reallıq ondan ibarətdir ki, Rusiya və Türkiyə kimi güclü dövlətlər dünya miqyasında siyasi mövqelərini dəqiqləşdirmə mərhələsindədirlər. Bundan çıxış edərək hər iki ölkə rəhbərliyi aktiv xarici siyasət yeritməkdədir.

"Su-24" qırıcı təyyarəsi ilə bağlı məlum münaqişədən sonra Ankara-Moskva xəttində son dövrlərdə bir istiləşmə prosesi gedir. Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin Sankt-Peterburqdakı görüşündən sonra iki ölkə arasında əməkdaşlığın perspektivinə inananların sayı artdı. Bunun əyani təsdiqi isə İstanbulda Dünya Enerji Konqresində V.Putinin də iştirak etməsi və tərəflərin yeni müqavilələr imzalaması oldu. Məhz bu hadisə ilə bağlı yenidən Qərb ekspert və siyasi dairələrində "Rusiya-Türkiyə münasibətləri hansı istiqamətdə və nə dərəcədə inkişaf edə bilər?" sualına cavab axtarılmağa başlandı.

Əvvəlcə qeyd edək ki, hər iki ölkənin əksər ekspertləri əlaqələrin yüksələn xətlə inkişaf edəcəyi haqqında proqnozlar verirlər. Bu zaman bütün sahələri, o cümlədən təhlükəsizlik və müdafiə sferalarında mümkün əməkdaşlığı misal gətirirlər. Hazırda iqtisadiyyat, ticarət, enerji, təhsil, mədəniyyət, turizm, kənd təsərrüfatı, nəqliyyat kimi vacib sahələri əhatə edən müqavilələr vardır. Onlara viza rejiminin ləğv edilməsi, müdafiə sənayesi və təhlükəsizlik sahəsində əməkdaşlıq da əlavə oluna bilər.

Bu barədə V.Putinin özü İstanbulda fikir bildirib. Rusiya prezidenti deyib: "Biz müdafiə sənayesində əməkdaşlığa hazırıq. Hər iki tərəfdən verilən təkliflər araşdırılır. Bunları reallaşdırmaq üçün imkanlarımız var" (bax: Türk Akımı Tamam Sırada S-300'ler mi Var? / "Amerika'nın Sesi", 10 oktyabr 2016). Ekspertlər bu kimi fikirləri Rusiyanın Türkiyəyə hava hücumundan müdafiə sistemləri sata bilməsi imkanı kimi qiymətləndirirlər. Hətta söhbətin S-400-lərdən getdiyi haqqında təxminlər də var (bax: əvvəlki mənbəyə). Təbii ki, bu məsələ asan həll edilən deyil. Çünki bir neçə il öncə hava müdafiə sistemləri ilə bağlı Türkiyənin elan etdiyi tenderdə Çin sisteminə üstünlük verilmişdi, lakin sonra ABŞ-ın təzyiqi ilə bu qərar ləğv edildi. Eyni münasibətin Rusiya silahlarına da olacağı şübhə doğurmur. Həm də nəzərə almaq lazımdır ki, Türkiyə NATO üzvüdür, bu ölkənin Alyansın cənub qanadı üçün strateji əhəmiyyəti çox böyükdür. Bu şərtlər daxilində Ankaranın NATO-ya uyğun gəlməyən müdafiə sisteminə sahib olması inandırıcı görünmür. Həm də Rusiya hərbiçilərinin dediyinə görə, amerikalılar elə sistemə malikdirlər ki, hətta uzaqmənzilli ballistik raketləri belə startın başlanğıcında məhv edə bilirlər (bax: В Генштабе РФ заявили, что недооценили систему ПРО / "Корреспондент.net", 10 oktyabr 2016).

Lakin əsas məqam ondan ibarətdir ki, iki ölkənin rəsmi dairələri hərbi və təhlükəsizlik sahəsində əlaqələrin genişləndirilməsi haqqında açıq danışırlar. Hazırda "Türk axını" layihəsini həyata keçirməklə bağlı müqavilə imzalanıb. "Akkuyu" nüvə mərkəzinin tikintisi ilə əlaqədar razılıq əldə edilib. Hər iki ölkənin kəşfiyyat orqanları terrorla mübarizə məsələsində birgə fəaliyyət göstərmək imkanlarını müzakirə edirlər. Nəhayət, Suriya böhranının aradan qaldırılmasında ortaq fəaliyyət haqqında da razılığa gəlinib. Bu məsələdə konkret olaraq hansı məqamlarda Moskva ilə Ankaranın maraqlarının üst-üstə düşdüyü aydın deyilməsə də, müəyyən aspektlərdə ortaq hərəkət etmək imkanları tükənməyib.

Regional təhlükəsizlik: imkanlardan faydalanma strategiyası

V.Putin bu məsələ ilə bağlı bəyan edib ki, Türkiyə ilə Hələbə humanitar yardımları çatdırmaqda eyni mövqedədirlər. O, müxalif qüvvələri Kastello yolundan uzaqlaşdırmaq məsələsində R.T.Ərdoğanla razılığa gəlindiyini də deyib. Türkiyə rəhbəri isə vurğulayıb ki, Suriya mövzusunu geniş müzakirə ediblər, birgə hərəkət edə bilərlər, Hələbə humanitar yardımı çatdırmaqla bağlı da ortaq fikrə gəliblər (bax: Türk Akımı Tamam Sırada S-300'ler mi Var? / "Amerika'nın Sesi", 10 oktyabr 2016).

Belə görünür ki, Suriya məsələsində tərəflər çox ehtiyatla danışır, aralarında fikir ayrılıqlarının mövcudluğu şübhə doğurmur. Ankaranın bu məsələdə Qərbi nəzərə alması təbiidir. Çünki o, əsas olaraq ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya tərkibində fəaliyyət göstərir. Eyni zamanda, Qərb ilə mövcud olan fikir ayrılıqları Türkiyənin bir qədər müstəqil hərəkət etməsinə əsas yaradır. Bu aspektdə Rusiya-Türkiyə əlaqələrinin haraya qədər inkişaf edə biləcəyi üzərində düşünməyə dəyər. Həm də burada İran faktoru da nəzərə alınmalıdır. Tehranın regiona təsiri böyükdür.

Buradan Rusiya ilə Türkiyənin hələlik hərbi və təhlükəsizlik sahələrində geniş əməkdaşlıq imkanlarının yüksək olmadığı nəticəsini çıxarmaq olar. Mümkündür ki, müəyyən əməkdaşlıq dairəsi yaransın. Proseslərin sonrakı gedişatı Qərbin məsələyə münasibətindən çox asılı olacaq. Hadisələr Ankaranın müstəqil siyasət yeridib-yeritməməsindən çox, bütövlükdə geosiyasi mənzərənin yeniləşmə dinamikası ilə əlaqəlidir. Bu istiqamətdə isə hələlik qeyri-müəyyənlik məqamı üstünlük təşkil edir.

Bunlardan fərqli olaraq, Türkiyə və Rusiyanın enerji, iqtisadiyyat, inşaat, ticarət, turizm və başqa sahələr üzrə əməkdaşlığı dərinləşdirmək imkanları genişdir. Onların bir-birinə ehtiyacı vardır. Maraqlıdır ki, ekspertlər məsələnin bu tərəfini vurğulamaqla yanaşı, əməkdaşlığın müttəfiqliyə çevrilməyəcəyi və onun "situativ xarakterdə" qalacağı haqqında da proqnozlar verirlər (bax: məs., Новая нормальность: ситуативное союзничество / "Независимая газета", 10 oktyabr 2016).

Fikrimizcə, bu, maraqlı yanaşmadır. Çünki ekspertlər Rusiyanın məsələni, ümumiyyətlə, Moskvanın xarici siyasəti kontekstində analiz edir, hətta Çinin belə tam tərəfdaş olmadığı tezisini irəli sürürlər. Məsələn, Pekin Mərkəzi Asiyada öz nüfuzunu artırmaq üçün Rusiya faktoruna elə də diqqət yetirməyə bilər. Bundan başqa, təcrübə göstərir ki, Rusiyanın real müttəfiqləri sırasında güclü dövlətlər yox dərəcəsindədir. Ekspertlər diqqəti ona yönəldirlər ki, Rusiyanın yeniləşmiş milli təhlükəsizlik strategiyasında MDB ölkələri və Abxaziya, Cənubi Osetiya ilə münasibətlərin inkişafı əks olunub. Böyük iqtisadi güclərdən isə yalnız Çinin adı çəkilir (bax: əvvəlki mənbəyə).

Bu təhlillər və proqnozlar göstərir ki, Rusiya-Türkiyə münasibətlərində normallaşma tendensiyası üstünlük təşkil etsə də, hələlik mənzərə tam aydın deyil. Bütövlükdə qlobal miqyasda mövcud olan geosiyasi mürəkkəblik iki ölkə arasındakı münasibətlərə də təsir etməkdədir. Hazırda Ankara ilə Moskva bir çox sahələrdə əlaqələri genişləndirmək və gücləndirməklə bağlı layihələr üzərində işləyirlər. Bununla yanaşı, beynəlxalq konteksti nəzərə alsaq, bu proseslər haqqında birmənalı proqnoz verməyin çətin olduğunu deyə bilərik.

Yuxarıda vurğulanan məqamları nəzərə almaqla əksər ekspertlərin qeyd etdiyi bir özəlliyi də unutmaq olmaz. Müasir tarixdə ilk dəfədir ki, Türkiyə ilə Rusiyanın qarşılıqlı münasibətlərdə pozitiv aspekti xeyli genişləndirmək imkanı yaranıb. Əgər Moskva ilə Ankara bu mənada tarixi cəsarət göstərib, yeni əməkdaşlıq səviyyəsinə yüksələ bilsələr, bundan bütün region faydalanar. Onlar müzakirələr və bir-birinə yardım göstərmək yolu ilə problemləri həll etmək şansı əldə ediblər. Bu tarixi şans reallaşmalıdır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Valyuta MƏZƏNNƏLƏRİ

26 Sentyabr 2017 09:38

Azərbaycan neftinin qiyməti 60 dolları ötüb

26 Sentyabr 2017 09:37

"Binə" Ticarət Mərkəzindən oğurluq edən şəxsin apellyasiya şikayəti təmin edilməyib

26 Sentyabr 2017 09:37

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (26.09.2017)

26 Sentyabr 2017 09:32

Deputat restoranda nahar etdi, 13 milyonluq hesab gəldi

26 Sentyabr 2017 09:28

TOVUZ: Avtomobil kanala aşdı

26 Sentyabr 2017 09:28

Düşmən atəşkəsi 152 dəfə pozub

26 Sentyabr 2017 09:28

"Yuventus"un əfsanəsi 45 yaşında karyerasını bərpa etdi

26 Sentyabr 2017 09:27

Atəşkəs iriçaplı pulemyotlarla pozuldu

26 Sentyabr 2017 09:24

Gözəgörünməz bina tikiləcək

26 Sentyabr 2017 09:23

Cəbhədə gərginlik davam edir

26 Sentyabr 2017 09:23

Ermənilər atəşkəs rejimini 152 dəfə pozub

26 Sentyabr 2017 09:22

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (26.09.2017)

26 Sentyabr 2017 09:22

Aşıq Əlinin qohumunu toyda öldürməkdə təqsirləndirilən şəxsin şikayətinə baxılıb

26 Sentyabr 2017 09:22

Dollar stabil qaldı

26 Sentyabr 2017 09:21

Futbolçudan boşandı, soyunaraq geri döndü - FOTOLAR

26 Sentyabr 2017 09:17

Bakı və Abşeronda 20 yaşayış məntəqəsi TƏHLÜKƏDƏ

26 Sentyabr 2017 09:14

Cəlilabadda mağaza yanıb

26 Sentyabr 2017 09:12

Məleykə Əsədova: "Xoşbəxt qadın deyiləm..."

26 Sentyabr 2017 09:10

Texnologiya "partlayan batareyalar"la işləyir - EHTİYATLI OLUN

26 Sentyabr 2017 09:08

Valverde Arda Turanın karyerasını bitirdi

26 Sentyabr 2017 09:07

Azərbaycanlı futbolçu üçün yeni baş məşqçi

26 Sentyabr 2017 09:07

"Eurovision 2017"nin qalibi ölüm ayağındadır

26 Sentyabr 2017 09:03

“Titanik”in batmasına kiçik buz kütləsi səbəb ola bilərdimi? - ŞOK TARİXİ FAKTLAR

26 Sentyabr 2017 08:58

Brent neftinin qiyməti 60 dollara yaxınlaşır

26 Sentyabr 2017 08:58

Tovuzda avtomobil kanala düşüb, xəsarət alanlar var

26 Sentyabr 2017 08:57

Bakıda məktəblini vuran motosiklet sürücüsü onu yaralı vəziyyətdə qoyaraq qaçıb

26 Sentyabr 2017 08:47

“Avroviziya”nın qalibi reanimasiyada - FOTO

26 Sentyabr 2017 08:43

ÇL: 2-ci tur başlayır

26 Sentyabr 2017 08:38

Filippin prezidentinin iqamətgahı yaxınlığında insanlara atəş açılıb

26 Sentyabr 2017 08:27

KXDR-da benzin sanksiyalara görə üç dəfə bahalaşıb

26 Sentyabr 2017 08:17

Dodaq uçuqları əslində bu səbəbdən yaranırmış

26 Sentyabr 2017 08:03

Azərbaycanlı opera müğənnisi Cənubi Koreyada konsert verəcək

26 Sentyabr 2017 07:52

Çempionlar Liqasında II tur həyəcanı

26 Sentyabr 2017 07:44

Gerçək olduğuna inanmayacağınız əfsanəvi FOTOLAR

26 Sentyabr 2017 07:38

Bakıda minik maşını ilə yük avtomobili toqquşub

26 Sentyabr 2017 07:32

Bu gün Çempionlar Liqasında II tura start veriləcək

26 Sentyabr 2017 07:12

Elmə məlum olmayan heyvan tapıldı - FOTOLAR

26 Sentyabr 2017 06:58

Rusiya qırıcıları İdlibdə yaraqlıların obyektlərinə on zərbə endirib

26 Sentyabr 2017 06:57

Sabirabadda ər arvadını bıçaqladı

26 Sentyabr 2017 06:54

Karyerasını bitirmiş qapıçının adı "Bavariya"nın ÇL üçün iştirak ərizəsinə daxil edib

26 Sentyabr 2017 06:37

ABŞ Senatının ofis binasında 181 nümayişçi saxlanılıb

26 Sentyabr 2017 06:17

Ulduzlar Hollivuddan qaçır - SƏBƏB?

26 Sentyabr 2017 06:03

Turist avtobusu yük maşınına çırpıldı - 6 ölü, 20 yaralı

26 Sentyabr 2017 05:59

"Ganjlik Mall"ın qarşısında mübahisə bıçaqlanma ilə nəticələnib

26 Sentyabr 2017 05:42

Daş dövrünə aid silahlar, qadınların bəzək əşyaları - FOTO

26 Sentyabr 2017 05:08

Evo Morales Donald Trampı bəşəriyyət üçün təhlükə adlandırıb

26 Sentyabr 2017 05:02

Cəlilabadda gənc ana intihar etdi

26 Sentyabr 2017 04:54

Elmlər Akademiyası metrostansiyasının önündə gənc oğlanı maşın vurub

26 Sentyabr 2017 04:42

Dünyanın ən bahalı brendləri - REYTİNQ

26 Sentyabr 2017 04:13