"Araz" klubunun UEFA Kubokundakı rəqibi müəyyənləşib

"Araz" klubunun UEFA Kubokundakı rəqibi müəyyənləşib
16:02 21 Oktyabr 2016
38 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Bu gün futzal üzrə UEFA Kubokunun elit mərhələsinin püşkü atılıb. 
"Report"un məlumatına görə, komandalar püşkatma zamanı 3 səbətdə yer alıb.
İkinci səbətdə olan Azərbaycanın "Araz" klubu B qrupunda yer alıb. "Araz" Rusiyanın "Yuqra", Almaniyanın "Hamburq Panters" və Xorvatiyanın "Zaqreb" komandaları ilə mübarizə aparacaq.
Elit mərhələdə 16 komanda çıxış edəcək.
A qrupu B qrupu C qrupu D qrupu "Kayrat" (Qazaxıstan) "Yuqra" (Rusiya) "İnter" (İspaniya) "Dinamo" (Rusiya) "Nikars" (Litva) "Araz" (Azərbaycan) "Ekonomats" (Serbiya) "Sportinq" (Portuqaliya) "Real" (İtaliya) "Hamburq Panters" (Almaniya), "Xrudim" (Çexiya)
"Dyor" (Macarıstan) "Feniks" (Kosova) "Zaqreb" (Xorvatiya) "Breze" (Sloveniya) "Tarqu Mureş" (Rumıniya)
Qeyd edək ki, elit mərhələnin oyunları 22 - 27 noyabrda Xorvatiya, Portuqaliya, Qazaxıstan və Sloveniyada keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://report.az/komanda/araz-klubunun-uefa-kubokundaki-reqibi-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR