Xudat şəhərində partlayış qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün "Azərşərab" MMC-nin Xudat şəhərində yerləşən şərab sexində qeydə alınıb. Ümumi sahəsi 2000 kvadrat olan müəssisənin 100 kvadratmetrlik hissəsində olan partlayış nəticəsində müəssisənin bir divarı və yaxınlıqda yerləşən "Xudat" MMC-yə məxsus limonad sexinin 3 divarı uçub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Partlayışdan sonra əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunublar. Partlayışın səbəbləri araşdırılır.

Milli.Az