TRT SPOR-dan Azərbaycana laqeydlik, yoxsa TƏXRİBAT?

TRT SPOR-dan Azərbaycana laqeydlik, yoxsa TƏXRİBAT?
09:32 22 Oktyabr 2016
148 İdman
Ölkə mətbuatı
A- A+

Ötən gecə saat 01:00-da (Bakı vaxtı ilə) Türkiyənin ən nüfuzlu idman telekanallarından biri  TRT SPOR-da efirə yayımlanan idman gündəliyində azərbaycanlıları üzəcək məlumat yer alıb.

Milli.Az xəbər verir ki, sözügedən telekanal Çempionlar Liqası və Avropa Liqasının 3-cü turunun UEFA səsverməsində "ən yaxşı" oyunçularının adını açıqlayıb.

Verilişdə öncə ÇL-in bu həftə ən yaxşı oyunçusu olaraq səsvermədə Messinin qalib gəldiyi bildirilib. Ardınca Avropa Liqasının bu həftə üçün UEFA rəsmi saytında səsvermə sonrası "qalib"inin adı açıqlanıb. TRT SPOR həftənin ən yaxşı futbolçusu "Panatinaykos"un kolumbiyalı hücumçusu İbarbonun seçildiyi məlumatını verib və onun sözügedən turnirin son turundakı rəqib qapısına vurduğu iki qolu ekranlara gətirib.

Xatırladaq ki, ötən gün UEFA-nın rəsmi saytında səsvermədə ən yaxın rəqibi İbarbonu 61% qabaqlayaraq - 69 səs faizi ilə "Qarabağ"ın ispan oyunçusu Dani Kintana qitənin futbol qurumu tərəfindən həftənin fubolçusu elan edilmişdi.

Əcəba, TRT SPOR-un içinə, türk qardaşlarımız demiş, ermənimi qaçmış? 

Təhməz Təkin

Milli.Az



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR