Əsəd strateji qələbə qazandı

Əsəd strateji qələbə qazandı
15:08 24 Oktyabr 2016
62 Dünya
Ölkə mətbuatı
A- A+

Suriya ordusu Hələb şəhərinin cənubunda yerləşən Bazza strateji hündürlüyünü ələ keçirib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Suriya ordusundakı mənbə bildirib.

“Hücum müvəffəqiyyətlə davam edir. Kvartal 1070-də tezliklə daha bir hündürlük tam mühasirədə olacaq”, - agentliyin həmsöhbəti deyib.

Mənbə bildirib ki, hücumun gedişatında hökumət qoşunları Hekme hündürlüyünü ələ keçirməyi planlaşdırır. Bununla da, kvartal 1070-də olan döyüşçülərin təchizat yolları demək olar ki, kəsiləcək.

Qeyd edək ki, Suriya ordusu oktyabrın 23-də Hələbin cənubunda hücuma keçib. Son aylar Hələbdə vəziyyət kəskin pisləşib. ABŞ Suriya hakimiyyəti və Rusiyanı dinc sakinləri və loyal müxalifəti bombalamaqda ittiham edir. Dəməşq və Moskva isə terrorçularu vurduğunu iddia edir.

Ömər Dağlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR