Azərbaycanı OPEC-in Vyana toplantısında energetika naziri təmsil edəcək

Azərbaycanı OPEC-in Vyana toplantısında energetika naziri təmsil edəcək
15:22 24 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ OPEC (Neft İxrac edən Ölkələr Təşkilatı) və qeyri-OPEC ölkələrinin energetika nazirlərinin bu həftə Vyanada keçiriləcək görüşündə Azərbaycanı energetika Naziri Natiq Əliyev təmsil edəcək. 
“Report xəbər verir ki, N.Əliyev artıq tədbirə iştirak üçün dəvət məktubu alıb.
Qeyd edək ki, oktyabrın 28-31-də keçiriləcək Vyana toplantısında əsas müzakirə mövzusu xam neft hasilatının azaldılması və ya dondurulması, eləcə də bunun hesabına cari qiymətlərin mümkün artırılması ilə bağlı olacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR