Azərbaycanda istehsal edilən məhsul və xidmətlərin İxrac Portalı yaradılıb

Azərbaycanda istehsal edilən məhsul və xidmətlərin İxrac Portalı yaradılıb
19:42 24 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycanda istehsal edilən məhsul və xidmətlərin İxrac Portalı (www.export.az) yaradılıb.
“Report”un Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (“Azpromo”) istinadən verdiyi xəbərə görə, ixrac portalı xarici ticarət tərəfdaşları ilə münasibətlərin genişləndirilməsi, beynəlxalq standartlara cavab verən rəqabətədavamlı yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılması, ixrac potensialının gücləndirilməsi baxımdan sahibkarlara dəstək mexanizmidir.
Portalda axtarış sistemi vasitəsilə məhsulun adını və ya gömrük kodunu qeyd etməklə Azərbaycanda istehsal edilən qeyri-neft məhsulları barədə məlumat əldə etmək mümkündür.
Saytın “kataloq” hissəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlər haqqında ümumi məlumat, məhsulların ixrac olunduğu ölkələr, hədəf ölkələri, məhsulların kataloqu, şirkətlərin malik olduğu sertifikatlar və s. kimi məlumatlar əks olunub. Portaldan istifadə üçün həm yerli, həm də xarici şirkətlər qeydiyyatdan keçməlidirlər. İstifadəçi qeydiyyatdan keçdikdən sonra öz şirkəti və məhsulları barədə məlumatı portala daxil edə və portalda yer alan başqa şirkətlər haqqında tam məlumat əldə edə bilər.
Qeyd edək ki, Azərbaycan və İngilis dillərində fəaliyyət göstərən portalın yaxın vaxtlarda rus dilli versiyasının da istifadəyə verilməsi nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/azerbaycanda-istehsal-edilen-mehsul-ve-xidmetlerin-i-xrac-portali-yaradilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR