Devid Bekhem "Real"a qayıdır

Devid Bekhem "Real"a qayıdır
11:17 25 Oktyabr 2016
49 İdman
Ölkə mətbuatı
A- A+

Əfsanəvi ingiltərəli futbolçu Devid Bekhem yenidən "Real"a qayıdır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis "kral klubu"nun səfiri kimi fəaliyyət göstərəcək.

Bekhem Madrid təmsilçisinin ABŞ səfiri olması təklifini qəbul edib. O, Amerikada İspaniya nəhənginin marka reklamı ilə məşğul olacaq.
 
Qeyd edək ki, 2003-2007-ci illərdə "Real"ın formasını geyinmiş Bekhem 2007-2012-ci illərdə ABŞ-ın "Los-Anceles Qalaksi" klubunda çıxış edib və hazırda bu ölkədə yaşayır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/482879.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR