Beş Avropa ölkəsi - Ukrayna, Çernaqoriya, Albaniya, Lixtenşteyn və Norveç Rusiyaya qarşı sanksiyaların müddətini daha altı ay uzadıblar.
Publika.az xəbər verir ki, bu haqda Avropa İttifaqı Şurasının internet-portalında dərc edilən bəyanatda deyilir.
Sentyabrın 15-də Avropa İttifaqı Şurası Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı sanksiyaların müddətini 2017-ci ilin martına qədər uzadıb. “Qara siyahı”da 146 vətəndaş və 37 hüquqi şəxs yer alıb. Bəyanatda deyilir ki, beş ölkə anti-Rusiya sanksiyalarının uzadılmasına qoşulub.
Avropa İttifaqı sözügedən ölkələrin bu qərarını alqışlayıb. “Onlar öz milli siyasətini Avropa İttifaqı Şurasının qərarına uyğunluğunu təmin edəcəklər”, - bəyanatda qeyd edilib.
Ömər Dağlı