Bu gün səhər saatlarında Xaçmaz-Xudat yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, yolunun 5-ci km-də "Moskviç" markalı maşın yoldan çıxaraq aşıb.

Qəza nəticəsində xəsarət alan bir nəfər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az