17 yaşlı isveçli futbolçu Avropa nəhənglərinin maraq dairəsinə düşüb.
Fanat.Az xəbər verir ki, "Yeni Zlatan" adlandırılan Aleksander İsakı qitənin əksər böyük klubları heytinə qatmaq istəyir.
Hətta çıxış etdiyi AIK-in "Göteborq"la matçını 90 fərqli skaut izləyib. Onlar futbolçu barədə məlumatları toplayıb.
Aleksander İsak bu ildən AİK-in əsas heyətində çıxış edir. O, meydana çıxdığı 25 rəsmi qarşılaşmada 11 qol vurub.
Fanat.Az