Tira klubda qaldı, məşqlərdən kənarlaşdırdı - "Neftçi"dən rüsvayçı addım

Tira klubda qaldı, məşqlərdən kənarlaşdırdı -  "Neftçi"dən rüsvayçı addım
12:07 26 Oktyabr 2016
24 İdman
Ölkə mətbuatı
A- A+

“Neftçi” rumıniyalı hücumçusu Katalin Tira ilə bağlı qərarını verib. Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.

 

Paytaxt təmsilçisi Topaz Premyer Liqasının IX turunda “Qarabağ”a 0:2 hesabı ilə uduzduğu oyunun sonlarında azarkeşi vuran Tiranı məşqlərdən kənarlaşdırıb.

 

"Neftçi” rəhbərliyi və məşqçilər heyəti futbolçunun komandadakı statusu ilə bağlı yekun qərarı yaxın müddətdə qəbul edəcək.


Qeyd edək ki, oyundan sonra təşkil edilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev rumıniyalı futbolçunun klubdan qovulacağını bəyan edib.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-tira-klubda-qald-mqlrdn-knarladrd-t53648.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR