"İnter" Blanla danışıqlara başladı

"İnter" Blanla danışıqlara başladı
13:05 26 Oktyabr 2016
32 İdman
Ölkə mətbuatı
A- A+

İtaliyanın "İnter" klubu baş məşqçi postunda dəyişiklik edə bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, hazırkı çalışdırıcı Frank de Burun "neradzurra"dan ayrılmaq variantı gündəmə gəlib.

Hollandiyalı çalışdırıcının yerini PSJ-nin sabiq baş məşqçisi Loran Blanın tutacağı gözlənilir. Klub rəhbərliyi fransız mütəxəssislə danışıqlara start verib.
 
Qeyd edək ki, İtaliya çempionatının cari mövsümündə 9 turdan sonra 11 xal toplayan "İnter" turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/483231.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR