Milli üzvü komandasının məğlubiyyətinə səbəb oldu

Milli üzvü komandasının məğlubiyyətinə səbəb oldu
09:57 27 Oktyabr 2016
31 İdman
Ölkə mətbuatı
A- A+

Ukrayna Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, milli komandamızın üzvü Pavel Paşayevin şərəfini qoruduğu "Stal" bu mərhələdə "Mariupol"la qarşılaşıb.

Milli oyunçumuzun komandası məğlubiyyətlə üzləşib. Belə ki, oyunun əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb.
 
Oyun sonrası penalti seriyasında isə İliçevits təmsilçisi daha dəqiq oynayıb. Maraqlıdır ki, kamensklilərin dəqiq yerinə yetirə bilmədiyi iki vuruşdan birinin müəllifi məhz Pavel Paşayev olub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR