Bu günlərdə Rusiyada restoran açması xəbəri ilə gündəmə gələn Rəqsanənin fotosu sosial şəbəkədə müzakirə mövzusu olub. Biznes-ledi olmağa hazırlaşan müğənni xarici görünüşünü dəyişib. Amma deyəsən, "qaş düzəltdiyi yerdə, vurub gözünü də çıxarıb".
Milli.Az publika.az-a istinadən bildirir ki, müğənni "İnstagram" səhifəsində yeni çəkdirdiyi fotosunu paylaşıb.
O fotoya belə şərh verib: "Deyəsən, çox arıqlamışam".
Müğənninin yeni görünüşü hər kəs tərəfindən təəccüblə qarşılanıb. Bəziləri istehza edib, bəziləri də onu Bülənt Ərsoya oxşadıblar.
Milli.Az