Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirə edilməsi məqsədilə iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 27-28-də Gürcüstanda rəsmi səfərdədir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, səfər zamanı Gürcüstanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçiriləcək, Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafı barədə fikir mübadiləsi aparılacaq.