Türkiyədə qaz kəməri partladıldı (FOTO)

Türkiyədə qaz kəməri partladıldı (FOTO)
01:28 28 Oktyabr 2016
21 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Ağrı bölgəsindən keçən magistral qaz kəmərində partlayış baş verib.

Publika.az xəbər verir ki, yerli vaxtla saat 21:00 radələrində baş verən partlayışdan sonra yanğın olub. Yanğının böyük bir ərazini əhatə etdiyi bildirilir. Hadisə yerinə çox sayda yanğınsöndürən və polis qüvvələri cəlb edilib. Hazırda da yanğınsöndürənlər boru xəttinə müdaxilə etməkdə çətinlik çəkir.

Partlayışın nədən baş verdiyi hələlik açıqlanmayıb.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR