Premyer Liqanın "astagəlləri"

Premyer Liqanın "astagəlləri"
10:12 28 Oktyabr 2016
35 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Premyer Liqasının astagəl futbolçuları bəlli olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "The Telegraph" 20 ən ləng futbolçunun siyahısını açıqlayıb.

İlk üçlüyə düşənlər arasında "Çelsi"nin yarımmüdafiəçisi Sesk Fabreqas da var. Fabreqasın bu mövsüm maksimal sürəti saatda 27,8 km olub.
 
Premyer Liqanın ən ləng futbolçusu isə "Stok Siti"nin yarımmüdafiəçisi Çarli Adamdır. Onun sürəti saatda 26,7 km-dir.
 
Çarlinin komanda yoldaşı Piter Krauç isə lənglər arasında ikinci yerdədir. O, saatda 28,5 km sürətlə hərəkət edir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR