Azərbaycanda İLK: Ağacı kəsməmək üçün yolu ikiyə böldülər - VİDEO

Azərbaycanda İLK: Ağacı kəsməmək üçün yolu ikiyə böldülər - VİDEO
13:43 28 Oktyabr 2016
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Yenicə istifadəyə verilən Xaçmaz rayonu Xudat-Yalama-Zuxuloba avtomobil yolunun çəkilişi zamanı maraqlı bir addım atılıb.

“Azəravtoyol” ASC-nin yoldan çəkilmiş videosunda görünür ki, yeni çəkilmiş yolun ortasındakı ağac kəsilməyib və hərəkət nişanları da buna uyğun tənzimlənib.

Qeyd edək ki, yolun uzunluğu 24 km-dir və III texniki dərəcəyə uyğun olaraq layihələndirilərək yenidən qurulmuşdur.

Publika.az həmin videonu təqdim edir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/173864.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR