Türkiyənin baş naziri Əhməd Davudoğlu İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunda iştirak edəcək.
ANS PRESS-in məlumata görə, Davos İqtisadi Forumu bu il yanvarın 22-24-də keçiriləcək.
Qeyd edək ki, Türkiyə 2009-cu ildən həmin forumda iştirak etmirdi. O zaman keçmiş Baş nazir və indki prezident Rəcəb Tayyib Ərdoğan İsrailin dövlət başçısı Şimon Pereslə insidentdən sonra forumu tərk etmişdi. Həmin vaaxt o, bildirmişdi ki, Davosa bir daha gəlməyəcək.