"Qəbələ" "Real"dan öndə

"Qəbələ" "Real"dan öndə
21:37 31 Oktyabr 2016
118 İdman
Ölkə mətbuatı
A- A+

Avropa ölkələrinin milli çempionatlarında 33 klub yoluna məğlubiyyətsiz davam edir. Apasport.az saytının məlumatına görə, onların arasında "Qəbələ" və "İnter" də var. 

Topaz Premyer Liqasının ilk 10 turunda "qırmızı-qaralar" və "bankirlər" məğlubiyyət üzü görməyiblər. "Böyük beşlik" ölkələrində (İngiltərə, İspaniya, Almaniya, İtaliya, Fransa) cəmi 6 elita təmsilçisi rəqibinə sevinmək imkanı verməyib. Bunlar "Real", "Bavariya", "Tottenhem", "Leypsiq", "Hoffenhaym" və "Nitsa"dı. Onlardan "Real" və "Tottenhem" də Azərbaycan klubları kimi, 10 matçda buna nail olublar. Maraqlıdır ki, "Tottenhem" "İnter"lə, "Real" isə "Qəbələ" ilə eyni sayda xal toplayıb. "Qəbələ" hətta top fərqinə görə "kral klubu"nu üstələyir. Roman Qriqorçukun yetirmələrində top fərqi +22-disə, Zinəddin Zidanın komandasında +18-ə bərabərdir.
 
Məğlub olmayan 33 klub ümumilikdə 23 ölkəni təmsil edir. Həmin 33 komandadan cəmi 2-si, ümumiyyətlə, xal itkisinə məruz qalmayıb. Bunlar TNS və "Europa"dır. Fərq ondadır ki, Uels klubu ilk 13, Cəbəllütariq təmsilçisi isə 5 turda qələbələri sıralayıb.
 
"Qəbələ" məğlubedilməzlər arasında ən az qol buraxan komandalardan biridir. "Europa" 5 oyunda 2 top buraxıbsa, APOEL 9 tur ərzində bu qədər qola üzülüb. AEL, "Kukesi" və "Dudelanj" keçirdikləri 9 matçda 3 dəfə topu tordan çıxarıblar. "Qəbələ" isə "Benfika", AEK, "Lusitanos" və "UE Santa Koloma" ilə birlikdə 4 qol buraxıb. Ancaq "qırmızı-qaralar" digərlərindən daha çox oyun keçiriblər.
 
 
Milli çempionatların məğlubiyyətsiz klubları:
 
15 turdan sonra
"Kopenhagen" (Danimarka) - 35 xal
 
14 turdan sonra
"Riyeka" (Xorvatiya) - 38
 
13 turdan sonra
TNS (Uels) - 39
"Bazel" (İsveçrə) - 35
"Şaxtyor" (Ukrayna) - 35
 
12 turdan sonra
"Levski" (Bolqarıstan) - 28
"Vardar" (Makedoniya) - 28
"Zenit" (Rusiya) - 28
 
11 turdan sonra
"Nitsa" (Fransa) - 29
"Feyenord" (Hollandiya) - 29
 
10 turdan sonra
"Seltik" (Şotlandiya) - 28
"Qəbələ" (Azərbaycan) - 24
"Real" (İspaniya) - 24
"İnter" (Azərbaycan) - 20
"Tottenhem" (İngiltərə) - 20
 
9 turdan sonra
"Benfika" (Portuqaliya) - 25
AEK (Kipr) - 25
APOEL (Kipr) - 23
AEL (Kipr) - 21
"Samtredia" (Gürcüstan) - 21
"Kukesi" (Albaniya) - 17
"Bavariya" (Almaniya) - 23
"Dudelanj" (Lüksemburq) - 23
"Başakşəhər" (Türkiyə) - 23
"Leypsiq" (Almaniya) - 21
"Fola" (Lüksemburq) - 21
"Differdanj" (Lüksemburq) - 21
"Beşiktaş" (Türkiyə) - 21
"Hoffenhaym" (Almaniya) - 19
 
6 turdan sonra
"Sent-Julia" (Andorra) - 14
"Lusitanos" (Andorra) - 14
"UE Santa Koloma" (Andorra) - 12
 
5 turdan sonra
"Europa" (Cəbəllütariq) - 15

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/485043.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR