"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının qrup mərhələsində "Barselona" ilə qarşılaşacaqları oyun haqda danışıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis sabiq komandasına qarşı ideal oyun göstərmək lazım olduğunu deyib:
""Barselona" ilə oyunda qalib gəlmək istəyirsənsə, ideal futbol sərgiləməlisən. Bunu etməyə çalışacağıq. Əgər alınmasa, rəqibi yaxşı oyuna görə təbrik edəcəm və növbəti qarşılaşmaya hazırlaşacağıq".
Qeyd edək ki, bu gün keçirilən "Mançester Siti" - "Barselona" oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Milli.Az