Orman: "Beşiktaş"dan gedənlər sonradan qayıtmaq istəyir"

Orman: "Beşiktaş"dan gedənlər sonradan qayıtmaq istəyir"
19:17 1 Noyabr 2016
42 İdman
Ölkə mətbuatı
A- A+

"Beşiktaş"ın prezidenti Fikret Orman maraqlı açıqlamalar verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, türkiyəli funksioner komandanın keçmiş futbolçuları barədə danışıb.

""Beşiktaş" xüsusi bir klubdur. Buranın torpağı fərqlidir. Gedən hər kəs qayıtmaq istəyər. "Beşiktaş"da sakitlik, xoşbəxtlik və səviyyə var. Gökhan Töre Avropada oynamaq istəyirdi. Getdi, nə olduğunu gördük. Klubun dəyərini gedəndən sonra başa düşürlər, amma gec olur. Töreni 1 il müddətinə icarəyə vermişik. Slaven Biliç onun xidmətindən istifadə edir. Geri dönmək müzakirə mövzusu deyil.

Bu yay Manuel Fernandeş "Beşiktaş"a qayıtmaq istədi. Razılıq vermədim. Bizim klubun müəyyən xətti var. Qazandığı pulun qarşılığını vermədən gedənlərin geri dönüşü yoxdur. Kuareşma ilə xoş ayrılmışdıq. Evinə qayıtmaq istədiyini dedi, razılıq verdik. Mario Qomez qayıtmaq istəsə, işi asan olmayacaq. Sənə kim dedi, get? "Beşiktaş"dan ayrılanda verdiyi açıqlamalar heç xoş deyildi. Transfer olunduğu klubun da (red. "Wolfsburg"), bizim də durumumuz göz önündədir. O da "evimə qayıtmaq istəyirəm" desə, şərtlərə görə danışıqlar aparılar.

Xose Sosa xoşluqla "Beşiktaş"dan ayrıldı",  - Fikret Orman deyib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR