Çempionlar Liqasında 4 komanda 1/8 finalda

Çempionlar Liqasında 4 komanda 1/8 finalda
09:47 2 Noyabr 2016
30 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasında 1/8 finala ilk vəsiqələr sahibini tapıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qrup mərhələsinin IV turunun ilk oyun günündən sonra 4 komanda növbəti mərhələyə yüksəlib.

Belə ki, A və D qruplarında ilk iki yerin sahibləri bəlli olub. Bu qruplarda son iki yeri tutan komandalar Avropa Liqasına vəsiqə verən 3-cü yer uğrunda mübarizə aparacaq.
 
A qrupunda "Arsenal" (İngiltərə) və PSJ (Fransa) 1/8 finala yüksəliblər. Bu komandalar son iki turda 1-ci yerin sahibini müəyyənləşdirəcəklər. "Bazel" (İsveçrə) və "Lüdoqorets" (Bolqarıstan) 3-cü yer üçün "döyüşəcəklər".
 
D qrupunda "Atletiko" (İspaniya) və "Bavariya" (Almaniya) ilk iki yerdən birini təmin edib. PSV (Hollandiya) və "Rostov" (Rusiya) isə Avropa Liqasına çıxmaq üçün mübarizə aparacaqlar.
 
Dünən oyunları keçirilən B və C qruplarında isə hər şey son turlarda həll olunacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/485421.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR