Nazirə velosiped qadağası: Həyati təhlükə

Nazirə velosiped qadağası: Həyati təhlükə
13:17 2 Noyabr 2016
35 Dünya
Ölkə mətbuatı
A- A+

London polis xidməti Böyük Britaniyanın yeni xarici işlər naziri Boris Consona terror təhdidi ilə əlaqədar şəhər küçələrində velosiped sürməyi qadağan edib.

Milli.Az bildirir ki, bu barədə azvision.az Rusiya KİV-nə istinadən xəbər verir. 

Məlumata görə, Boris Conson adətən Tauer körpüsü yaxınlığında yerləşən meriya və başqa məkanlara velosipedlə gedirdi. O, bu ənənəni xarici işlər naziri seçildikdən sonra davam etdirmək istəyib. 

Nazirin dostu "The Sun" qəzetinə bildirib ki, qadağa nazirin qəzəbinə səbəb olub, lakin polislər fikirlərindən dönməyiblər. Belə ki, nazir üzdən tanındığı üçün çox asan hədəfə çevrilə bilər. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR