Qətər səfiri “APA Holdinq”in qonağı olub - FOTO

Qətər səfiri “APA Holdinq”in qonağı olub - FOTO
14:34 3 Noyabr 2016
18 Digər
Ölkə mətbuatı
A- A+

Qətərin Azərbaycan yeni təyin olunmuş səfiri Yusif Həsən Əl- Saai “APA Holdinq”in qonağı olub.

 

APA-nın məlumatına görə, görüşdə holdinqin prezidenti Vüsalə Mahirqızı qonağa “APA holdinq” və ona daxil olan qurumlar barədə məlumat verib.

 

O, APA İnformasiya Agentliyinin Azərbaycan, rus, ingilis, fransız və erməni dilləri ilə yanaşı, ərəb dilində də fəaliyyət göstərdiyini vurğulayıb.

 

Holdinqin prezidenti APA-nın həmçinin bir sıra beynəlxalq media qurumları ilə əməkdaşlıq etdiyini vurğulayaraq, bu siyahıda Qətərin media qurumlarını da görmək niyyətini diqqətə çatdırıb.

 

Öz növbəsində, Yusif Həsən Əl-Saai Azərbaycana səfir təyin olunmaqdan məmnunluğunu ifadə edərək iki ölkə arasında əlaqələrin inkişafında əlindən gələni edəcəyini bildirib. O, iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib, lakin mədəni, media, turzm və iqtisadi sahələrdə görüləcək çox işin olduğunu vurğulayıb.

 

Görüşdə iki ölkə arasında münasibətlər, müasir media və əməkdaşlıq imkanları barədə ətraflı müzakirələr aparılıb.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258472

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR