"Oyunçularım çox dəqiq və düzgün oynadılar" - Qurban Qurbanov

"Oyunçularım çox dəqiq və düzgün oynadılar" - Qurban Qurbanov
02:53 4 Noyabr 2016
50 İdman
Ölkə mətbuatı
A- A+

“Bütün “Qarabağ” sevərləri, hər kəsi təbrik edirəm. Çox vacib qələbədi”. Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Avroliqanın qrup mərhələsində səfərdə PAOK-la qarşılaşan ağdamlıların baş məşqçisi “İdman TV”yə verdiyi açıqlamada qələbəni belə şərh edib: “Bu oyuna qədər xallar bərabər olsa da, rəqib bizdən öndə idi. Bizə hardasa, bərabərlik də sərf edirdi. Ancaq qalib gələ bildik. Oyunçularım çox dəqiq və düzgün oynadılar. Əvəzetmələr normaldı. Bəzən düşündüyün kimi alınır, bəzən isə alınmır. Oyunun gedişatından çox şey asılıdı. Meydana çıxan heyətin sistemini deyil, sadəcə oyunçuları dəyişdim. Vacib 3 xal qazandıq. Hər qələbədən sonra məsuliyyət daha da artır. Yaxşı oyayandan sonra rəqiblər də sənə qarşı daha da yaxşı hazırlaşırlar. Növbəti oyun çox çətindi. “Slovan” bizə uyğun rəqibdi. Yaxşı işləyib şansımızdan yararlanmağa çalışacağıq”.(apasport.az)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR