Rusiyada azərbaycanlı ailənin mənzili PARTLADI

Rusiyada azərbaycanlı ailənin mənzili PARTLADI
20:12 6 Noyabr 2016
128 Dünya
Ölkə mətbuatı
A- A+

İvanovo şəhərində baş verən partlayış nəticəsində zərərçənlər arasında azərbaycanlı ailəsi var.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Ələsgərovlar ailəsi İvanovo şəhərinə 20 il əvvəl köçüb. Partlayış zamanı ailənin 21 yaşlı oğlu Elvin yaralanıb. O, hazırda xəstəxanadadır, həyatı üçün təhlükə olmasa da, vəziyyəti ağırdır.

Araşdırma zamanı partlayışın baş verdiyi mənzil müəyyən edilib. Partlayışa səbəb birinci mərtəbədəki mənzildə qazla işləyən su qızdırıcısı olub. Cihazın təhlükəsizlik qayalarına riayət edilmədən quraşdırıldığı bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/486860.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR