“Twitter”də yaranan problem mikrobloqlar şəbəkəsinin Azərbaycan seqmenti ilə əlaqəli deyil

“Twitter”də yaranan problem mikrobloqlar şəbəkəsinin Azərbaycan seqmenti ilə əlaqəli deyil
11:35 7 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bildirir ki, bu gün səhər saatlarında Bakı vaxtı ilə, 10:07 radələrində "Twitter" mikrobloqlar şəbəkəsində qeydə alınan nasazlıq Azərbaycan seqmenti ilə əlaqəli deyil. Sosial şəbəkədə yaranan nasazlıq qlobal xarakter daşıyıb və dünyanın bir çox ölkələrini əhatə edib. www.twitter.com saytında qeydə alınan texniki fasilə ilə bağlı ayrı-ayrı ölkələrin istifadəçiləri tərəfindən yaradılmış "hashtag"lar top trend olub.




 







 "Twitter"in istifadəçiləri sosial şəbəkənin işində kəsinti olduğu haqda məlumatları  paylaşmaqda davam edir.

Məlumata görə, istifadəçilər mikrobloqlar xidmətinin heç bir səhifəsini aça bilmirlər.

Saat 10:15-dən etibarən xidmət yenidən əlçatan olub. "Twitter" rəhbərliyi bu barədə hələ ki heç bir məlumat verməyib.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR