Berluskoni və Qalliani "Milan"ı tərk edəcək

Berluskoni və Qalliani "Milan"ı tərk edəcək
19:17 8 Noyabr 2016
62 İdman
Ölkə mətbuatı
A- A+

"Milan" 2016-cı ilin sonuna kimi rəsmən Çinin "Sino-Europa Sports" konsorsiumuna satılacaq. Artıq satışdan sonra rəhbərlikdə ediləcək dəyişikliklər də müəyyənləşib.

Goal.az "ANSA" agentliyinə istinadən xəbər verir ki, 1986-cı ildən klubun sahibi olan Silvio Berluskoni fəxri prezident postunu tutacaq. "Rossoneri"nin direktoru və vitse-prezidenti Barbara Berluskoni Adriano Qalliani isə klubdan gedəcək. Yeni direktor "İnter"dəki işindən tanınan Marko Fassone olacaq. Satışın noyabrın 23-ə kimi rəsmiləşdirilməsi gözlənilir.

Qeyd edək ki, bir müddət öncə "Real"ın prezidenti Florentino Perezin Qallianiyə iş təklif etdiyi barədə xəbərlər ortaya çıxmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/487488.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR