Braziliya - Argentina oyununda yığmamızın keçmiş baş məşqçisi anılacaq

Braziliya - Argentina oyununda yığmamızın keçmiş baş məşqçisi anılacaq
09:47 9 Noyabr 2016
166 İdman
Ölkə mətbuatı
A- A+

Millimizin keçmiş baş məşqçisi mərhum Karlos Alberto Torres Braziliya - Argentina oyununda anılacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "sambaçılar"ın sağ cinah müdafiəçisi Dani Alves məhz Torresin bir zamanlar millidə geyindiyi 4 nömrəli futbolka ilə oynayacaq.

Oktyabrın 25-də 72 yaşında vəfat edən Alberto Torres 53 oyunda Braziliya yığmasını meydana kapitan kimi çıxardıb. O, DÇ-1970-də komandası ilə çempionluq yaşayıb və final oyununda fərqlənib.
 
Qeyd edək ki, Torres Braziliya millisi ilə iki dəfə də məşqçi kimi dünya çempionluğu görüb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR