İtaliyalı referi Nikola Rizzoli AVRO-2016 oyunlarını idarə edən ən yaxşı hakim seçilib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Culio Kampanati adına mükafatı Rizzoli İtaliya - Almaniya oyunundan öncə alacaq. Bu prinsipial yoldaşlıq görüşü noyabrın 15-də keçiriləcək. Son Avropa çempionatında Rizzoli 4 oyun idarə edib. O, həmçinin DÇ-2014-də ən yaxşı hakim seçilmişdi.
Milli.Az