Xəzər rayonu 230 saylı məktəbdə baş vermiş qalmaqalla
bağlı istefa verən direktoru Elşən Qafarovun ərizəsi qəbul
edilib.
E.Qafarov Publika.az-a açıqlamasında ərizəsinin bu gün qəbul
edildiyini deyib:
“Hazırda məktəbdə təhvil-təslim işləri aparılır. Lakin hələ ki,
direktor vəzifəsinə təyinat olmayıb”.
"Erməni" müəllimi "zorlayan" direktor DANIŞDI (YENİLƏNİB)
Qeyd edək ki, 230 saylı məktəbin kollektivi direktor müavini
Ləman Babayeva ilə bağlı mətbuata müraciət etmişdi. Müəllimlər
L.Babayevanın onları şantaj, təhqir etdiyini, həmçinin qardaşının
müəllimləri bıçaqla hədələdiyini bildiriblər. L.Babayeva isə
direktor E.Qafarovun onu zorladığını iddia edib. Bu fakt isə
təsdiqini tapmayıb.