"Argentinadan daha çox şey gözləyirdim"

"Argentinadan daha çox şey gözləyirdim"
19:42 11 Noyabr 2016
71 İdman
Ölkə mətbuatı
A- A+

Braziliya 2018 DÇ seçmə mərhələsində Argentina ilə prinsipial görüşdə 3 cavabsız qolla qalib gəlib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, matçdan sonra "pentakampeonlar"ın baş məşqçisi Tite qələbəni belə şərh edib:

"Oyundan razıam. 5 oyunda 5 qələbəni gözləmirdim. Dünya çempionatına vəsiqə qazanmaq üçün növbəti addım atdıq. Amma Braziliya hələ artıra bilər. Rəqibin təzyiqinə dözmək lazımdır. Argentinadan daha çox şey gözləyirdim. Onlar matçın əvvəlində daha maraqlı göründü. Amma sürətli yerdəyişmələr sayəsində yarımmüdafiədə üstünlük qazandı. Bu isə hesabı açmağa imkan verdi. Bundan sonra Argentina açıq oynamağa məcbur oldu və bizə boş sahələr verdi".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR