Məşhur modellər çimərlik geyimlərində (VİDEO, FOTO)

Məşhur modellər çimərlik geyimlərində (VİDEO, FOTO)
23:41 5 Yanvar 2015
396 Digər
Ölkə mətbuatı
A- A+

Dünyada məşhur qadın alt geyimi brendi olan “Victoria's Secret” yeni mövsüm üçün hazırladığı növbəti kolleksiyasını təqdim edib.

ANS PRESS-in məlumatına görə, "Victoria's Secret" 2015-ci il üçün çimərlik geyimlərinin təqdimatını edib.

Moda firması bununla bağlı kataloq hazırlayıb. Dünyanın ən gözəl modellərini özünə cəlb edən “Victoria's Secret”in "mələkləri" kamera qarşısında cazibədar pozalar veriblər.

İldə bir dəfə çıxan çimərlik kataloqunun üz qabığında 25 yaşlı model Behati Prinslu yer alıb.

Lüks həyat tərzinə öyrəşən modellərin çəkiliş meydançası hər kəsdə maraq oyadıb. Kendis Sveynpol, Elza Hosk, Lilya Oldirc, Andrea Diakonu kimi məşhur modellərin yer aldığı fotosessiya üçün seçilmiş məkanlar çox maraqlıdır.

Çəkilişlər gözəl sahil mənzərələri olan Havay adalarında aparılıb.



























RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR