Türkiyənin baş naziri ilə ABŞ-ın yeni prezidenti arasında telefon danışığı olub

Türkiyənin baş naziri ilə ABŞ-ın yeni prezidenti arasında telefon danışığı olub
20:12 11 Noyabr 2016
50 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ Türkiyənin baş naziri Binəli Yıldırım ilə ABŞ-ın yeni prezidenti Donald Tramp arasında telefon danışığı olub. 
"Report" "Habertürk"ə istinadən xəbər verir ki, söhbət zamanı B.Yıldırım D.Trampı ABŞ-ın yeni prezidenti seçilməsi münasibətilə təbrik edib, seçkinin nəticələrinin ABŞ xalqı üçün xeyirli olmasını diləyib: "Bu gün qarşılıqlı hörmət, ortaq mənafe və dəyərlərə söykənən əlaqələrimiz güclü, dayanıqlı və həmişəkindən mühümdür. Qarşıdakı dövrdə əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün addımlarımızı atmaqda davam edəcəyik". 
B.Yıldırıma təşəkkür edən Donald Tramp Türkiyəyə xüsusi dəyər verdiyini, Türkiyə-ABŞ münasibətlərinin və dialoqunun qarşıdakı dövrdə daha da inkişaf etdirilməsinə üstünlük verdiyini bildirib. 
Söhbət zamanı həmçinin regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiyenin-bas-naziri-ile-abs-in-yeni-prezidenti-arasinda-telefon-danisigi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR