Rumıniya-Polşa oyununda futbolçu təhlükə ilə üzləşib

Rumıniya-Polşa oyununda futbolçu təhlükə ilə üzləşib
13:52 12 Noyabr 2016
77 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ 2018-ci il dünya çempionatının Avropa üzrə seçmə qrup mərhələsinin IV turunda Rumıniya və Polşa komandaları arasında keçirilən görüşdə qonaqların futbolçusu Robert Levandovski təhlükə ilə üzləşib.
"Report"un məlumatına görə, oyunun 54-cü dəqiqəsində azarkeşlərdən biri meydana səs bombası atıb.
R.Levandovski yerdə olan səs bombasını baş hakimə göstərən zaman partlayış olub və futbolçu yerə yıxılıb. Həkimlərin müdaxiləsindən sonra futbolçu oyuna qoşula bilib.
Qeyd edək ki, görüş Polşanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qollardan ikisi R.Levandovskinin aktivinə yazılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/ruminiya-polsa-oyununda-futbolcu-tehluke-ile-uzlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR