Trampın qızı: "Atamın quracağı yeni hökumətdə nazir olaraq..." - FOTO

Trampın qızı: "Atamın quracağı yeni hökumətdə nazir olaraq..." - FOTO
23:22 14 Noyabr 2016
475 Dünya
Ölkə mətbuatı
A- A+

"Atamın quracağı yeni hökumətdə nazir olaraq yer almayacağam".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın 45-ci prezidenti Donald Trampın qızı İvanka Tramp "CBS" telekanalında yayımlanan "60 Minutes" verişində çıxışı zamanı bildirib.

Keçmişdə model olan, daha sonra iş qadını kimi həyatına davam edən İ. Tramp atasının seçkiqabağı kampaniyasında aktiv iştirak edib.

35 yaşlı İvanka gələcəkdə heç bir rəsmi səlahiyyət icra etməyəcəyini, sadəcə atasının yanında həmişə olacağını vurğulayıb.

Qeyd edək ki, verilişdə Donald Trampla ailə üzvləri, xanımı Melaniya Tramp, uşaqları Tiffani, Erik və Donald Jr də iştirak edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/489421.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR