ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp əslən
pakistanlı bir ailənin övladıdır.
Publika.az xəbər verir ki, bu iddia ilə Pakistanın
“Neo News” telekanalı çıxış edib.
Telekanalın iddiasına görə, Trampın əsil adı da Davud İbrahim
Xandır. Yeni prezident uşaq vaxtı ailəsini avtomobil qəzasında
itirib. Bundan sonra ingilis-hind ordusunun bir kapitanı Trampı
Londona gətirib. 1955-ci ildə isə Tramp Amerikaya aparılır. Daha
sonra orada bir amerikalı kimi böyüdülür.
“İstər inanın, istər inanmayın, Tramp amerikalı yox,
pakistanlıdır”, - deyə telekanalın aparıcı bildirib. Həmçinin,
efirdə sarışın bir uşağın fotosu göstərilərək, onun yeni
prezidentin uşaqlıq şəkili olduğu qeyd olunub.
Asif