ABŞ "super güc taxtını" Rusiya ilə paylaşacaq - Dünya İqtisadi Forumu

ABŞ "super güc taxtını" Rusiya ilə paylaşacaq - Dünya İqtisadi Forumu
18:23 15 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Dünya İqtisadi Forumu (WEF) 2030-cu ildə dünya iqtisadiyyatı ilə bağlı proqnozlarını açıqlayıb.

Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, DİF 2030-cu ildə xidmətlər, hansı ölkələrin dünyada söz sahibi olacağı, qida istehlakı vərdişləri, miqrantların vəziyyətinə dair mövzularda 8 proqnozunu ictimaiyyətlə paylaşıb.

Bildirib ki, ABŞ "super güc taxtını" paylaşmalı olacaq. Qərb ölkələri isə iqlim dəyişikliyi səbəbindən daha çox miqrant axınıyla qarşılacaqlar.

İnsanlar, ev, avtomobil və ağ əşya kimi məhsulları satın almaq yerinə daha çox kirayəyə götürməyə üstünlük verəcəklər. Nəqliyyatın qiymətləri düşəcək və sürücüsüz avtomobillər həyatı asanlaşdıracaq.

Son 10 ildə sürətli reforma daxil olan enerji sektorunda sərmayələr artacaq. Qlobal səviyyədə iqlim dəyişikliyinə qarşı mübarizə daxilində bütün ölkələr üçün standart bir karbon qiymətləndirməsi olacaq.

Dünyada tək bir "üstün güc" olmayacaq. ABŞ "super güc taxtını" paylaşacaq. Rusiya, Çin, Almaniya, Hindistan və Yaponiya söz sahibi olan ölkələr kimi önə çıxacaqlar. Çinin illik hərbi xərcləri 627 milyarda çataraq, ölkənin ümumi daxili məhsulunun 4 faizinə çatacaq.

İqtisadiyyat şöbəsi

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR