"Mançester Yunayted"in yarımmüdafiəçisi Xuan Mata ingilis futbolu haqqında danışıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, ispaniyalı havbek İngiltərədə səmimi azarkeşlik məsələni ön plana çəkib.
"İngilis futbolu təmiz, dürüst və həqiqidir. Azarkeşlər özünü hadisələrin içində hiss edir. Bəzən onların komandalarına dəstəyi məntiqsiz forma alır. Əgər komandanın oyunu alınmırsa belə, onlar sona qədər dəstəyini davam etdirir. İngilis futbolunun təmizliyi və şəffaflığını qeyd edərdim. Orda istənilən komanda meydanda sənə problem yaratmaq iqtidarındadır".
Milli.Az