Nazir: "Körfəz ölkələrindən gələn turistlərin sayının artırılması üçün aviareyslərin sayı çoxaldılmalıdır"

Nazir: "Körfəz ölkələrindən gələn turistlərin sayının artırılması üçün aviareyslərin sayı çoxaldılmalıdır"
19:12 16 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Küveyt Dövlətinin Sivil Aviasiya üzrə Direktorluğunun Baş katibi və Direktorluğun fəaliyyətdə olan Prezidenti Yousef Al-Fouzanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iki ölkənin mədəniyyət və turizm sahələrində birgə əməkdaşlıq layihələrindən söhbət açıb. Nazir bildirib ki, ötən ilin noyabr ayından etibarən ölkə başçısının müvafiq taşırığına əsasən BƏƏ vətəndaşları, bu ilin fevral ayından etibarən isə digər Körfəz ölkələri üçün hava limanlarında sadələşdirilmiş qaydada viza sistemi tətbiq olunmağa başladıqdan sonra ölkəmizə qeyd olunan regiondan gələn turist sayında kifayət qədər artım baş verib. Eyni zamanda qeyd edib ki, artıq bir neçə ildir BƏƏ-nin Dubay şəhərində Azərbaycanın turizm nümayəndəliyi fəaliyyət göstərir və bu nümayəndəlik vasitəsilə İran Körfəzi ölkələrində Azərbaycanın turizm potensialı intensiv şəkildə təbliğ olunur.
Nazir həmçinin, məlumat verib ki, noyabrın 22-də Küveyt Dövlətində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın iri turizm şirkətləri və mehmanxanalarının nümayəndələrinin təmsil olunduğu təqdimatın keçirilməsi və belə tədbirlər nəticəsində ikitərəfli turist mübadiləsinin artmasının əhəmiyyətini qeyd edib. O, eyni zamanda İran Körfəzi ölkələrindən ölkəmizə gələn turistlərin sayının daha da artırılması üçün aviareyslərin sayının artırılması və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
O cümlədən ölkəmizdə keçirilən bir sıra beynəlxalq tədbirlər haqqında məlumat verən nazir Əbülfəs Qarayev növbəti ildə təşkil olunacaq Ticarət Festivalı (Shopping festival), İslam Həmrəylik Oyunları, Formula-1 Qran Pri Yarışları barədə də qonaqları məlumatlandırıb və bu tədbirlərdə iştirak etməyə dəvət edib.
Nümayəndə heyətinin başçısı Yousef Al-Fouza ölkələrimiz arasında turist mübadiləsinin saynın 2016-cı ildə olduğu kimi növbəti ildə də artacağına ümidvar olduğunu bildirib.







Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/nazir-korfez-olkelerinden-gelen-turistlerin-sayinin-artirilmasi-ucun-aviareyslerin-sayi-coxaldilma

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR