Gürcüstan ordusunun iki yüksək rütbəli şəxsi istefa verib

Gürcüstan ordusunun iki yüksək rütbəli şəxsi istefa verib
21:43 16 Noyabr 2016
69 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanın Hərbi Hava Qüvvələrinin komandanı Serqo Ninua və Hava Hücumundan Müdafiə Qərargahının rəhbəri Georgiy Çabadze vəzifə təyinatlarından bir həftə sonra istefa veriblər.

Trend "Sputnik-Georgia" agentliyinə istinadən xəbər verir ki, hər iki şəxs müxalifətdə olan Vahid Milli Hərəkat partiyası ilə əlaqədə ittiham edilmələri ilə bağlı vəzifələrini tərk ediblər.

İttihamlarla razılaşmayan Serqo Ninua kampaniyanın əslində Hərbi Hava Qüvvələrində planlaşdırılan islahatlara mane olmaq məqsədi güddüyünü deyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR