Rusiya Suriyaya iki böyük desant gəmisi göndərib

Rusiya Suriyaya iki böyük desant gəmisi göndərib
07:37 17 Noyabr 2016
89 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ Suriyaya yük aparan Rusiyanın Şimal donanmasına məxsus böyük "Georgi Pobedonosets" desant gəmisi çərşənbə günü Qara dəniz boğazlarından keçərək Aralıq dənizi hövzəsinə daxil olub.
"Report" xəbər verir ki, bu barədə İstanbulun xəbər portalları məlumat yayaraq gəminin Bosfordan keçən yerdə şəklini dərc ediblər.
Britaniya saytlarının məlumatına görə, Cəbəllütariq boğazından da Aralıq dənizinə Rusiyanın Baltik donanmasına məxsus böyük "Korolyev" desant gəmisi Aralıq dənizinə daxil olub.
Ehtimal edilir ki, hər iki gəmi Suriyanın Tartus limanına yük aparmaq üçün yola çıxıb. Orada Rusiya Hərbi Dəniz Qüvvələrinin Aralıq dənizində maddi-texniki təminat mətəqəsi yerləşir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR