Lennoks Lüis, Cokoviç, Bolt, Şumaxer... - BİR SEVGİ UĞRUNDA - VİDEO

Lennoks Lüis, Cokoviç, Bolt, Şumaxer... - BİR SEVGİ UĞRUNDA - VİDEO
12:08 17 Noyabr 2016
89 İdman
Ölkə mətbuatı
A- A+

Futbol dünyanın ən populyar idman oyunudur. Bu populyarlığı sübut etmək üçün digər idman növlərində məşhurlaşan ulduzların da top arxasınca necə həvəslə qaçdığını söyləmək kifayətdir. Basketbol, boks, tennis, yüngül atletika və hətta Formula-1 yarışlarında adını tarixə yazdıran isimlər var ki, futbol ehtirası heç də futbolçulardan az deyil.

Publika.az digər idman növlərinin ulduzlarından ibarət futbol komandasını təqdim edir.

Qapıçı

Lennoks Lüis (boksçu)

Qapıçı tapmaq asan iş deyil. Ulduzlar həmişə hücumda oynamağa can atır. Zarafatyana bu posta amerikalı komediya ustası, “Çelsi”nin fanatı Uill Ferrelli qoymaq olardı. Və yaxud Xulio İqlesias “Kastilya”nın qapısını Zidanın oğlundan daha yaxşı qoruyardı. Ancaq onlar idmançı yox, artistlərdir. Odur ki, idman sahəsindən kimisə seçməliyik. Boks üzrə dünya çempionu Lennoks Lüis “Vest Hem”in köhnə “xəstəsidir”. Vaxtilə “Şaxtyor”un 1 nömrəli formasını hədiyyə alıb.

Müdafiəçilər

Novak Cokoviç (tennisçi)

Tennisin əfsanəsinin atası peşəkar futbolçu olub. Novak “Milan”ın sabiq fanatıdır, İbrahimoviçlə dostluq əlaqələri var. Oyunlara baxır, maraqlanır, bü günə qədər də “Milan”a xəyanət etməyib, hər oyunda onlardan qələbə gözləyir. Futbol anlayışı üst səviyyədədir. Görünür, uşaqlıqda atasından futbolun sirlərinə aid bir-iki “fənd” öyrənib.

Kobi Brayant (basketbolçu)

“Milan”ın fanatı və “Barselona”nın pərəstişkarı etiraf edib ki, tamaşaçı kimi futbolu basketboldan daha çox sevir. Uşaq vaxtı futbol oynayan Kobi səbətli idmanda o qədər də yaxşı olmayıb. Ancaq öyrənəndən sonra onun necə basketbolçu olduğunu hamımız bilirik. Ümumiyyətlə, basketbolçuları müdafiədə oynatmaq daha məqsədəuyğundur. Nəhəng və qaba basketbolçuları traktorla belə yerlərindən tərpətmək çətin olur. Yəqin ki, Brayant müdafiəçi olsaydı, onu hər hücumçu keçə bilməzdi.

Lebron Ceyms (basketbolçu)

Ceyms yayda “Liverpul”un baş məşqçisi Yürgen Kloppa adının iştirak ərizəsinə “6 nömrə”li futbolçu kimi salınmasını təklif etmişdi. Həqiqətən də “Qırmızılar”ın müdafiəsinin mərkəzində problemləri var. Odur ki, basketbolda hücumçu kimi oynayan 2 metrlik boya və 100 kq-dan artıq çəkiyə malik basketbolçudan yararlanmaq olardı. Ceyms digərləri kimi futbolun qatı fanatı olmasa da, köhnə pərəstişkarlardandır. Üstəlik, balaca oğlu (onun da adı Lebron Ceymsdir) həm də futbolla məşğul olduğu üçün ulduz tez-tez futbol oyunlarında tamaşaçı kimi iştirak edir.

Rafael Nadal (tennisçi)

Bu oğlandan sol cinahda oynaya biləcək Serxio Ramos çıxardı yəqin ki... Rafaeli uşaq yaşlarından futbola bağlayan səbəb olub. Onun atası “Barselona”nın ulduzu Migel Nadalın qardaşı idi. Ancaq Rafa böyüdü və “Real”ın qatı fanatı oldu. Serxio Ramos və Kasilyasla dostluq edən tennis ulduzu tez-tez stadionlara təşrif buyurur.

Yarımmüdafiəçilər

Dirk Novitski (basketbolçu)

Meydanda nəhəng birinin ara pası verməsi gülməli görünər. Ancaq Dirk həqiqətən pis deyil. Məşhur idmançılardan ibarət futbol komandasının ürəyi elə Novitskidir. O, həm də zarafatcıldır. Şübhəsiz, futbola olan eşqini danmaq olmaz. Bavariyada anadan olan Novitskinin qardaşlarının arvadları futbolçudur. Onun şəxsi fondunun təşkil etdiyi xeyriyyə matçlarında dostu Manuel Noyerə qol vurmaq imkanı var. Onun bu yaxınlarda keçirilən oyunda çıxartdığı “oyun”a mütləq baxın. AÇ-2016-da Zazanın qaçırdığı penalti epizodunu əla parodiya edib. Novitski həqiqətən də publikanı əyləndirməyi bacarır.

Stiv Neş (basketbolçu)

Bizim rəmzi yığmamızda Xavi kimi dəqiq ötürmələr verərdi. Kanadalı basketbolçu “Tottenhem”in fanatı və futbolun xəstəsidir. Amma bir problem var. Texniki cəhətdən məhlə futbolunda və yaxud sizin komandanızda artıq oyunçu olmazdı. Ancaq peşəkarların fonunda onun oyunu sizin Çempionlar Liqasının qalibinə qarşı göstərdiyiniz oyuna bənzəyərdi. Bir ara “İnter”də məşq edib.

Useyn Bolt (sprinter)

Ronaldodan sürətli olduğu üçün onun yerini ala bilər. Ancaq mübahisəli mövzudur. Useyndə dözümlülük və futbol məktəbi çatışmayan cəhətlərdir. Ancaq yamaykalı atlet məşhur müğənni Bob Marli kimi topa vurğundur. Bolt özünü futbol meydançasında sınamaq üçün əldən-ayaqdan gedir. Onun bu istəyi Tomas Tuxelin xoşuna gəlib. Ola bilər ki, Bolt Dortmund “Borussiya”sının düşərgəsində peyda olsun.

Hücumçular

Pavel Datsyuk (hokkeyçi)

Tez-tez xeyriyyə oyunlarında iştirak edən rusiyalı idmançı uşaq vaxtı hokkeylə ciddi məşğul olana qədər küçələrdən evə yığılmırdı, gələcəkdə futbolçu olmağı arzulayırdı. Ancaq indi yəqin ki, Bolta qarşı oynamaq istəməzdi. Hər halda, güclü zərbələri, yaxşı ötürmələri, mübarizələri var - afərin!

Rocer Federer (tennisçi)

Tennis ulduzu futbola 1990-cı ildə İtaliyada keçirilən dünya çempionatı zamanı aşiq olub. İtaliya və Almaniya millilərinin azarkeşi, “Bazel” və “Yuventus” klublarının fanatıdır. Futbolu tennisdən bir cəhətinə görə üstün sayır: kortda sən təksən, ancaq futbol meydançasında kollektiv var, kömək var.

Mihael Şumaxer (pilot)

Sürəti sevən dahilərdən biri. Təəssüf ki, hazırda yaşamaq uğrunda mübarizə aparır. Onun əvvəlki həyatına qayıtmaq şansı demək olar ki qalmayıb. Ailəsindən gələn xəbərlər nikbin düşünməyə əsas vermir. Hərçənd zamanında Şumaxer özünü yaşıl meydanlarda, xeyriyyə oyunlarında o qədər yaxşı göstərmişdi ki, San-Marino klublarından biri Çempionlar Liqasına göndərdiyi iştirak ərizəsinə onun da adını salmışdı. Hücumçu kimi işinin öhdəsindən layiqincə gələn Miki həvəskar səviyyədə rahat oynaya bilərdi. Təəssüf ki, bədbəxt hadisə onu idman səhnəsindən tez apardı. Yoxsa hər il ulduzlarla birlikdə ən azı xeyriyyə oyunlarında onu görə bilərdik.

Bax belə. Futbolu sevin, futbol oynayın və bilin ki, digər idman növləri arasında ən çox azarkeşi olan da elə futboldur. Yuxarıda adlarını sadaladıqlarımız və sadalamadığımız neçə-neçə əfsanəvi idmançı həmişə futbolun onlar üçün ehtiraslı oyun olduğunu etiraf ediblər.

Pərviz Hikmət

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Planet əhalisinin yarısından çoxu internetə çıxış imkanına malik deyil

22 Sentyabr 2017 10:35

Həyat yoldaşının lüt şəklini paylaşdı - FOTO

22 Sentyabr 2017 10:34

İki nüvə dövlətinin sərhədində TOQQUŞMA: 6 ölü, 26 yaralı

22 Sentyabr 2017 10:33

Müflis olan azərbaycanlı iş adamından GÖZLƏNİLMƏZ ADDIM: işçiləri...

22 Sentyabr 2017 10:28

Bakıda 3 yaşlı oğlu ilə evdən qaçan 22 yaşlı gəlin tapıldı - FOTO

22 Sentyabr 2017 10:24

Natavan Aygünə söz atdı: “Onu istənilən vaxt…” - FOTOLAR

22 Sentyabr 2017 10:23

Azərbaycan taekvondoçuları növbəti Qran Pridə mübarizəyə başlayır

22 Sentyabr 2017 10:22

La Liqanın sürpriz klubu 3:0 hesablı qələbə qazandı

22 Sentyabr 2017 10:21

Bakıda qadın bağbanın meyiti tapıldı

22 Sentyabr 2017 10:19

“ABŞ və Türkiyə hər zamankından daha yaxındır”

22 Sentyabr 2017 10:16

ABŞ Bərzaniyə dəstək məqsədilə ordu göndərdi

22 Sentyabr 2017 10:13

"Bunlar elə bilirlər ki, bambılılıq etməklə..."

22 Sentyabr 2017 10:13

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxsin cəzası azaldılıb

22 Sentyabr 2017 10:07

“Bank VTB (Azerbaijan)” tender keçirir

22 Sentyabr 2017 10:07

Dünya birjalarında neftin

22 Sentyabr 2017 10:07

AST Telmanın otelində işçilər maaş ala bilmir - QALMAQAL

22 Sentyabr 2017 10:04

Türkiyənin ən gözəl qızı seçildi – FOTO

22 Sentyabr 2017 10:03

Tailanda partlayış törədilib: 4 hərbçi ölüb, 6 nəfər yaralanıb

22 Sentyabr 2017 10:02

"Qarabağ"- "Roma" matçına

22 Sentyabr 2017 09:59

Fatih Terim Türkiyə Futbol Federasiyasından 3,5 milyon avro təzminat istəyir

22 Sentyabr 2017 09:57

"Qarabağ"a qol vuran futbolçu qəzaya düşdü

22 Sentyabr 2017 09:57

Bakıda yataqxana yanır

22 Sentyabr 2017 09:55

Azərbaycanlı məşhur rusiyalı müğənni ilə şərik olur

22 Sentyabr 2017 09:53

Dirsəklərinizə limon sürtün

22 Sentyabr 2017 09:52

Hakkaridə silahlı qarşıdurma: ölən və yaralananlar var

22 Sentyabr 2017 09:48

Gürcüstandan gələn şəxsin avtomobilində pirotexniki vasitə və fişənglər aşkar edilib

22 Sentyabr 2017 09:47

Çexiya millisinin futbolçusu zədə üzündən Azərbaycan yığmasına və "Qarabağ"a qarşı oynaya bilməyəcək

22 Sentyabr 2017 09:47

SOCAR 7 ayda Gürcüstana 730 mln. kubmetr qaz nəql edib

22 Sentyabr 2017 09:47

ABŞ və Rusiya generalları bir araya gəldi - İLK DƏFƏ

22 Sentyabr 2017 09:43

Azərbaycan nefti yenidən

22 Sentyabr 2017 09:43

Astanadan Bakıya gələn sərnişinin çantasında "beşbarmaq" aşkar olunub

22 Sentyabr 2017 09:42

Məşhur müğənninin özündən 20 yaş kiçik sevgilisi hamilədir - FOTO

22 Sentyabr 2017 09:38

İran-İraq müharibəsinin başladığı gündür

22 Sentyabr 2017 09:38

Düşmən cəbhədə atəşkəsi 128 dəfə pozub

22 Sentyabr 2017 09:36

Düşmən atəşkəsi 100 dəfədən çox pozub

22 Sentyabr 2017 09:34

Azərbaycan nefti cüzi bahalaşıb

22 Sentyabr 2017 09:32

Qızılın son

22 Sentyabr 2017 09:30

Nazirlik ötən gecə cəbhədə baş verənlərlə bağlı məlumat yaydı

22 Sentyabr 2017 09:28

VALYUTA MƏZƏNNƏLƏRİ

22 Sentyabr 2017 09:28

Ermənilər atəşkəs rejimini 128 dəfə pozub

22 Sentyabr 2017 09:27

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (22.09.2017)

22 Sentyabr 2017 09:27

Arda Turanın qışdan sonra oynayacağı klub: razılıq verildi

22 Sentyabr 2017 09:27

"Qarabağ"-"Roma" oyununa neçə min bilet satılıb? - RƏSMİ

22 Sentyabr 2017 09:19

"Brent"in qiyməti 56 dolları keçdi

22 Sentyabr 2017 09:18

Mübariz Qurbanlı Türkiyədə səfərdə olacaq

22 Sentyabr 2017 09:17

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (22.09.2017)

22 Sentyabr 2017 09:17

Neymar gecəni bu gözəllə keçirib - FOTOLAR

22 Sentyabr 2017 09:17

Günün məzənnəsi

22 Sentyabr 2017 09:17

Bakıda Avropa çempionatı başlayır

22 Sentyabr 2017 09:13

Azərbaycanda məşhur milyarderin şirkəti ləğv olunur

22 Sentyabr 2017 09:09