Türkan Şoray Bakıda – FOTO

Türkan Şoray Bakıda – FOTO
16:48 17 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Türk kinosunun əfsanəsi Türkan Şoray Bakının qonağıdır.

Publika.az-ın xəbərinə görə, Xəzər Universitetində Türkan Şorayın gəlişi münasibətilə görüş keçirilib. Tədbirdə Türkiyənin ölkəmizdəki səlahiyyətli səfiri Erkan Özoral və Xalq şairi Sabir Rüstəmxanlı, Xalq artistləri Rasim Balayev, Fidan Hacıyeva, Ramiz Quliyev və digər şəxslər iştirak ediblər

Türkan Şoray jurnalistlərə verdiyi açıqlamasında vətənimizə gəlməkdən şad olduğunu deyib: “Qardaş, dost ölkədə üçüncü dəfə olmaqdan çox xoşbəxtəm. Sevənlərimə bizi yalnız buraxmadığı üçün təşəkkür edirəm. Mehriban insanların münasibəti məni çox sevindirir. İnsanların sevgisini hiss edirəm. Bu, məni çox sevindirir. Bütün azərbaycanlıları çox sevirəm”.

Aytən




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR