Rekord məbləğdə saxta dollar aşkarlanıb

Rekord məbləğdə saxta dollar aşkarlanıb
07:07 18 Noyabr 2016
165 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ ABŞ və Perunun hüquq-mühafizə orqanlarının Limada keçirdikləri əməliyyat nəticəsində 30 milyon saxta dollar və 50 min saxta avro aşkar edilib.
"Report" TASSa istinadən xəbər verir ki, bu haqda ABŞ-ın saxta pul və kiber cinayətə qarşı mübarizə aparan Gizli Xidməti bildirib.
İnformasiyaya əsasən, bu məbləğdə saxta dolların aşkarlanması rekord rəqəm sayılır.
"Sunset" ("Qürüb" ,"Günəşin batması ") adlı əməliyyatda Perunun min beş yüz polis əməkdaşı iştirak edib. Axtarış aparmaq üçün onların əlində 54 order olub.
Xəbərə görə, axtarış-əməliyyat nəticəsində 48 nəfər həbs edilib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR